“Qalatasaray” Saşa Boeni geri gətirdi.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi sabiq müdafiəçisi Saşa Boeni yenidən heyətinə qatıb.
Fransalı sağ cinah oyunçusunun bu gün İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, Boeni 2024-cü ilin yanvarında 30 milyon avro qarşılığında “Bavariya”ya satılmışdı.