AZ

Hibrid avtomobil necə ortaya çıxdı? FOTO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çoxları belə düşünür ki, hibrid avtomobil daxiliyanma mühərrikli maşınla elektromobil arasında keçid modelidir. Müasir dövrə nəzər yetirdikdə bu fikir özünü əsasən doğruldur. Lakin tarix başqa şey deyir.

Avtosfer.az xəbər verir ki, elektromobil daxiliyanma mühərrikli avtomobillə təxminən eyni dövrdə ortaya çıxıb. Hibrid isə daha sonranın icadıdır. 

Məşhur alman konstruktoru Ferdinand Porşenin ilk ciddi layihəsi məhz elektromobil olub. O, öz ixtirasına 1898-ci ildə patent alıb. Bu prototipin gediş ehtiyatı 80 kilometr, sürəti isə saatda 40 kilometr idi. 19-cu əsr üçün bu çox yüksək göstərici idi.

Lakin problem başqa idi. Bu yolu qət etdikdən sonra ağır akkumulyatorları 1 həftə doldurmaq lazım gəlirdi. Porşe çıxış yolunu tapdı: maşına kiçik bir benzin mühərriki quraşdırıldı. Bu mühərrikin yeganə funksiyası generator rolunu oynayaraq akkumulyatoru doldurmaq idi. 

Alman mühəndis dövrü qabaqlayan ixtirasını 1900-cü ildə Parisdə keçirilən beynəlxalq sərgidə təqdim etdi. Təqdimat ona dünya şöhrəti Loner zavodunda baş konstruktor postu qazandırdı.

Bu gün hibrid modellər kifayət qədər təkmilləşsə də, işi prinsipləri 120 il əvvəlki ilə eynidir.

Vüqar Yaşaroğlu

Oxunub 0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
avtosfer.az

1Mənbələr