Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı Almaniya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib. Bu, rusiyalı diplomatın Almaniyadan qovulmasına cavab olaraq edilib.
"Unikal" xəbər verir ki, müvafiq məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
"Almaniya diplomatik missiyasının rəhbərinə arzuolunmaz şəxs elan edilməsi barədə nota təqdim edilib", - deyə açıqlamada bildirilir.
Rusiya XİN vurğulayıb ki, Berlin tərəfindən rusiyalı əməkdaşa qarşı irəli sürülən əsassız ittihamlar əsassızdır.
Gülayə Mecid