AZ

Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı "persona non-qrata" elan edilib

Rusiya Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşını "persona non-qrata" elan edib və ölkədən çıxarır.

"Far.Az" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyində (XİN) bildirilib.

"Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rusiya XİN-ə çağırılıb. Alman tərəfinə 2026-cı il yanvarın 22-də Almaniya hökumətinin Rusiyanın Almaniyadakı səfirliyinin əməkdaşını "persona non-qrata" elan etmək qərarı ilə əlaqədar qəti etiraz bildirib", - məlumatda qeyd olunub.

XİN-dən bildirilib ki, Rusiya Almanyadakı əməkdaşına qarşı ittihamları qəti şəkildə rədd edir.

Seçilən
25
1
far.az

2Mənbələr