Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 50,3 milyon manat vəsait daxil olub.
"Cebheinfo.az" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % az, proqnozdan isə 2,5 % çoxdur.
Ötən ay vergi daxilolmalarının 1 milyard 467,1 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 6,5 %, proqnozdan isə 2,95 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.