AZ

Rəsmi Moskva: Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev Ukrayna ilə bağlı mühim açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Britaniya və Avropanın bəzi ölkələrinin problemm yaratmalarına  baxmayaraq, Ukrayna ilə sülh müqaviləsinin imzalanması üzrə danışıqlara ciddi irəliləyiş əldə edilib: "Avropa və Britaniyadan müharibəni qızışdıranlar var. Onlar bu səbəbdən prosesə daim mane olmağa çalışır. Bu cür cəhdlər nə qədər çox olsa da, irəliləyiş bir o qədər gözə çarpır. Müsbət irəliləyiş əldə edilib, var".

Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə olan Dmitriyev deyib ki, Rusiya-ABŞ iqtisadi münasibətləri də tədricən qaydaya düşəcək: "Rusiya-Amerika iqtisadi əməkdaşlıq qrupu əla işləyir. Bu gün də görüşümüz oldu və danışıqlar müsbət istiqamətdə gedir".

Hüseyn Namazov

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
mia.az

1Mənbələr