AZ

İdxal xərclərinin artması pərakəndə satış qiymətlərinə təsi edir Ekspert

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

 «Azərbaycanda idxal olunan mobil telefonlara tətbiq edilən rüsumlar və vergi mexanizmlərindəki dəyişikliklər qiymət formalaşmasına təsirsiz ötüşmür. İdxal xərclərinin artması, təbii olaraq, pərakəndə satış qiymətlərində də öz əksini tapır”.

Bu barədə 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib. O qeyd edib ki, qlobal tədarük zəncirində baş verən hər hansı gecikmə və ya bahalaşma kiçik bazarlarda daha sürətli qiymət artımı ilə nəticələnir. Nəticə etibarilə, yaxın dövrdə mobil cihazların qiymətlərində müəyyən artım ehtimalı yüksəkdir. Bununla belə, artımın kəskin və birdəfəlik olmasından daha çox, mərhələli və modellər üzrə fərqli səviyyələrdə baş verməsi gözlənilir. 

İqtisadçı qeyd edib ki, yüksək rüsumlar kölgə mexanizmlərinin yaranmasını da təşviq edir:

“Rüsumların yüksək olması kölgə yollarını aradan qaldırmır, sadəcə onları daha ‘yaradıcı’ edir. Bu isə həm istehlakçı hüquqlarını risk altına salır, həm də dövlətin nəzarət imkanlarını zəiflədir. Əgər məqsəd doğrudan da bazarın sağlamlaşdırılmasıdırsa, həll yolu cərimə və rüsumların artırılması deyil, şəffaf və sosial yönümlü vergi siyasətinin qurulmasıdır. Əks halda bu yanaşma rəqəmsal bərabərsizliyi dərinləşdirir və vətəndaşı cəzalandıran mexanizmə çevrilir”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
525.az

1Mənbələr