AZ

"Rəqib Avropanın, bəlkə də dünyanın ən yaxşı komandasıdır" - Xosep Qvardiola

Səfərdə 2:0 hesabı ilə yendiyi "Nyukasl"ı öz meydanında da üstələyərək (3:1) İngiltərə Liqa Kubokunun finalına yüksələn "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, həlledici matçda "Arsenal"la üz-üzə gələcək komandanın çalışdırıcısının sözlərini "TNT Sports" belə çatdırıb:

"Arsenal"a qarşı oynamaq həzzdir. Rəqib Avropanın, bəlkə də dünyanın ən yaxşı komandasıdır. Əla olacaq. Bu təcrübəni yaşamaq lazımdır. İngiltərədə qazandığım ilk titul Liqa Kubokudur".

Qeyd edək ki, həlledici qarşılaşma martın 22-də baş tutacaq.

Nihat 


 

Seçilən
21
1
fanat.az

2Mənbələr