Bakı. Trend:
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davametdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökmoxunur.
Trend-inxəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Arkadi Qukasyanınömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutancinayətlərin törədilməsində ittiham olunmasına və həminittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinəbaxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmintəqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlükazadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.
Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan qəti olaraq 20 ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar datəqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrumolunmasını təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi hökmün oxunması ilə davam etdirilir.