AZ

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs SAXLANILDI

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-nın yerli bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

​​​​​​​Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
47
5
bizim.media

10Mənbələr