AZ

Müharibə başlayandan bəri Ukraynaya ayrılan məbləğ açıqlandı


Qərb ölkələri və beynəlxalq təşkilatlar 2022-ci ilin fevral ayından 2025-ci ilin dekabr ayına qədər Ukraynanın büdcəsinin maliyyələşdirilməsinə 168 milyard dollar ayırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ən böyük məbləğ (56,9 milyard dollar) Avropa İttifaqı (Aİ) tərəfindən ayrılıb.
30,2 milyard dollar ABŞ-nin və 13,3 milyard dollar isə Beynəlxalq Valyuta Fondunun (BVF) payına düşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın ən böyük beş donoru sırasına Yaponiya (9 milyard dollar) və Dünya Bankı (6 milyard dollar) da daxildir.
Digər əsas donorlar arasında Kanada (5,4 milyard dollar), Böyük Britaniya (3 milyard dollar) və Almaniyanın (1,7 milyard dollar) da adı var.
Digər tərəfdən, Rusiyanın Qərbdəki dondurulmuş maliyyə aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş G7 krediti 2025-ci ildə Ukrayna üçün büdcə maliyyələşdirməsinin vacib mənbəyinə çevrilib. Agentliyin məlumatına görə, Kiyev bu sxem çərçivəsində 38,9 milyard dollar alıb.
Seçilən
35
1
yeniavaz.com

2Mənbələr