ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Son illər paytaxt Bakının nəqliyyat infrasturukturu yenidən qurulur, avtobus aprkı yenilənir.
Amma hələ də xəttdə köhnə avtobuslar buraxılır. Avtobusları köhnə, istifadəyə yararsız olan avtobuslardan biri də 141 saylı marşruta məxsusdur.
Gununsesi.info-ya danışan Vətəndaş cəmiyyəti fəalı, jurnalist Elman Cəfərli bildirib ki, 8-ci kilometr bazarından Mərdəkanın “Bağlar” adlanan ərazisində qədər hərəkət edən 141 saylı marşrutun fəaliyyəti sakinlərin ürəyincə deyil:
“Xəttə hələ də köhnə, sınıq-salxaq avtobuslar buraxlır. Elektron kataloqda 141-in guya 10 dəqiqədən biri gəldiyi yazılır. Amma belə deyil. Ən yaxşı halda 25 dəqiqəyə gələn avtobuslar köhnədir, salon isidilmir, oturacaqlar bərbad gündədir. Bəzən avtobuslar xarab olub yolda qalır, sərnişinlər arxadan gələn avtobuslara mindirilirlər. Dəfələrlə olub ki, əyləc bəndi əriyir, salona kəskin rezin iyi dolur, insanlar narahat olurlar. Bu avtobusda ödəniş nağddır, hələ kart sisteminə keçilməyib. Yaxşı olar ki, AYNA 141 saylı marşrutla bağlı tədbir görsün. Bu marşrutdan istifadə edən sakinlərin arzusudur ki, bu xəttə də müasir avtobuslar buraxılsın və interval azaldılsın”.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.