ABŞ-ın AECOM şirkətinin nümayəndə heyəti Ermənistana səfər edərək TRIPP layihəsi üzrə sahənin ilkin qiymətləndirilməsi işinə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
İşlər ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu tərəfindən maliyyələşdirilir.
Layihə çərçivəsində Ermənistanın uzunmüddətli iqtisadi inkişafını, əlaqəliliyini və regional inteqrasiyasını dəstəkləmək üçün dəmir yolu və digər infrastruktur sahələrində texniki qiymətləndirmələr və tövsiyələr təqdim ediləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az