AZ

İlham Əliyev Əbu-Dabidə Donald Trampa təşəkkür etdi

“Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq”.

Yenilik.az xəbər verir ki, bunu Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı” mükafatının təqdimetmə mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə iştirak edən Prezident İlham Əliyev deyib.
Dövlət başçısı həmçinin çıxışında Bakı və İrəvan arasında sülhə dəstək olan ABŞ Prezidenti Donald Trampa da təşəkkürünü bildirib:
“Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”, – deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də ABŞ-nin Ağ Evində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli Sülh Bəyannaməsi imzalanıb.
Seçilən
23
yenilik.az

1Mənbələr