Cəlilabadda əmisi tərəfindən baltalanan 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyevin son vəziyyəti açıqlanıb.
“Cebheinfo.az” - ın sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, pasiyentin vəziyyəti stabil olaraq qiymətləndirilir:
“01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir”.