AZ

Utilizasiya edilən avtomobillərə görə bir milyon manata yaxın məbləğ ödənilib

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilən prosesdə 2024-cü ilin oktyabr ayından bugünədək 20292 nəqliyyat vasitəsi utilizasiyaya verilib.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Bildirilib ki, köhnəlmiş və ya yararsız nəqliyyat vasitələrini təhvil verən ərizəçilərin bank hesabına 993 min manatdan çox birdəfəlik ödəniş köçürülüb, həmçinin 1115 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.

Ayxan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
news.milli.az

5Mənbələr