AZ

Onlara əlavə maaş ödənilməlidir

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məzuniyyətdə olan iş yoldaşını müvəqqəti əvəz edən işçilərin əlavə əməkhaqqı almaq hüququ var.

Milli.Az-ın məlumatına görə, Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, əgər işçi əvəz etdiyi şəxsin vəzifə maaşı öz maaşından yüksəkdirsə, bu zaman həmin maaşlar arasındakı fərq işçiyə ödənilməlidir.

Əgər əvəz olunan şəxsin maaşı işçinin maaşına bərabərdirsə və ya ondan azdırsa, bu halda işçinin əməkhaqqına əlavə ödəniş edilir. Sözügedən əlavə ödənişin məbləği isə işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir.

Mina Mikayılova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
news.milli.az

3Mənbələr