AZ

Əbu-Dabi görüşü sülh üçün NƏ VERDİ? – Sərhədlərlə bağlı…

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar.

Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.

Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Burada önəmli bir sual ortaya çıxır: İlham Əliyev ilə Nikol Paşinyanın Əbu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərində baş tutan görüşündə, Donald Trampın ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitinin nəticələrinin icrası, ikitərəfli ticarətin başlanması, tranzit layihələri, TRIPP və etimad quruculuğu tədbirləri müzakirə edildiyi halda, bu görüşü Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına aparan real və həlledici addım kimi qiymətləndirmək olarmı, yoxsa bu mərhələ daha çox ilkin etimad və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib?

Zeynal Fətulla

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilən idi:

“Görüşün əsas gündəmini ticarət və iqtisadi əlaqələrin inkişafı, ortaq layihələrin perspektivi təşkil edib. Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər”.

Şərhçinin sözlərinə görə, tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər:

“Elektrik enerjisinin ixracı və idxalı məsələsi də müzakirə mövzusu olub. Bundan başqa, “Tramp yolu”nun tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki lider müzakirələrin nəticələrindən məmnun qalıb.

Bu görüşü sülh quruculuğu yolunda növbəti mühüm mərhələ kimi qiymətləndirmək olar.

Sərhədlərlə bağlı məsələlərin də müzakirə edilməsi ehtimalı var idi. Lakin əvvəlcədən bəlli idi ki, bu görüş çərçivəsində hər hansı sənədin imzalanması planlaşdırılmayıb.

Azərbaycanın mövqeyi açıqdır: rəsmi Bakı sülh sazişinin imzalanmasında maraqlıdır və ötən ilin 8 avqustunda Vaşinqtonda paraflanan sənədin rəsmiləşdirilməsini istəyir. Bunun üçün isə Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Tunar

Seçilən
11
15
nocomment.az

10Mənbələr