Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi Milli Məclisin ötən gün keçirilən plenar iclasında ikinci səsvermədə qəbul edilib.
Layihəyə əsasən, Azərbaycan Konstitusiyasında qeyd olunan Naxçıvan MR-in Azərbaycanın ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan MR-in Konstitusiyasında da öz əksini tapacaq.
Gununsesi.info bildirir ki, iqtisadçı Natiq Cəfərli məsələyə münasibətində belə deyib:
“Növbəti addım kimi, çox güman, Azərbaycan Konstitusiyasına da dəyişikliklər etmək lazım olacaq – bunun üçün referendum lazımdır.
Referenduma tək Naxçıvan MR-nın “de-jure” ləğvi deyil, həm də İcra Hakimiyyəti institutunun ləğvi, Bələdiyyələrin səlahiyyət və məsuliyyətinin artırılması ilə yerli özünüidarə institutlarının gücləndirilməsi, proporsional seçkiyə keçid, Milli Məclisin hökumət üzərində nəzarətinin artırılması, ölkəmizin inzibati-ərazi quruluşunun dəyişdirilməsi – yəni, Prezidentin fərmanı ilə yaradılmış 14 iqtisadi rayonun (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan və s. kimi) inzibati ərazi vahidinə çevrilməsi, Prezidentin şəxsi nümayəndəliyi intitutunun gücləndirilməsi və iqtisadi inkişafa səbəb olacaq bir neçə başqa dəyişikliklər də qəbul edilsə, çox yaxşı olardı.
İlk addım kimi Naxçıvan MR-nın konstitusiyasına edilən dəyişiklik istiqamət olaraq doğrudur, ümid edirəm ki, növbəti addım Azərbaycan Ana Yasasına ölkənin önünü açacaq, iqtisadi tərəqqiyə, rifaha təməl yaradacaq dəyişikliklər olacaq”.
Günay
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.