AZ

Hüquq təkcə normativ aktlar toplusu deyil - Aytac Qasımova

Bakı. Trend:

2025-ci ilin ölkəmizdə hüquq, ədalət və suverenlik ili kimi qeydolunması hüququn dövlətçilik sistemimizdə tutduğu yeri bir daha önplana çıxardı. Hüquq təkcə normativ aktlar toplusu deyil.

Trend xəbərverir ki, bu fikirləri “PAŞA Holding” MMC-nin Hüquq və dövlətqurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova bugün Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışızamanı deyib.

“Hüquq suverenliyin və hüquqi dövlətin əsas sütunlarındanbiridir. "Legis" konsepsiyası ilk gündən bir günlük tədbir kiminəzərdə tutulmayıb. Məqsədimiz Azərbaycan hüquq icmasınıdəstəkləyən, onun davamlı inkişafını təmin edən bir platformayaratmaq olub. Bu yanaşma ilə biz artıq bir sıra konkret addımlaratmışıq”, - Aytac Qasımova qeyd edib.

“PAŞA Holding” rəsmisi bildirib ki, Türkiyənin aparıcı hüquq vəbiznes qurumları ilə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb,təcrübələr bölüşülüb:

“Türkiyənin müxtəlif bölgələrində hüquq sahəsində təhsil alanazərbaycanlı tələbələrlə görüşüb, onların problemləri iləmaraqlanmış və imkanlarımız daxilində dəstək göstərməyə çalışmışıq.Paralel olaraq Azərbaycanda müvafiq dövlət qurumları və hüquqictimaiyyəti ilə əlaqələr qurub, "Legis" təşəbbüsünün davamlılığıvə inkişafı üçün hansı institusional addımların atılmalı olduğubarədə müzakirələr aparmışıq.

Bu görüşlər nəticəsində aydın oldu ki, hüquq icmasınınehtiyacları yalnız lokal təşəbbüslərlə qarşılanmamalıdır. Dahageniş və sistemli mexanizmə ehtiyac var. Məhz bu ehtiyacdan çıxışedərək "Legislation" layihəsi formalaşdı. Bu layihə beynəlxalqtəcrübəyə və xüsusi biliklərə malik hüquq mütəxəssislərininqanunvericilik ideya və təşəbbüslərini müvafiq dövlət qurumlarınaçatdıran real mexanizm rolunu oynayacaq. Legis komandası olaraq bizbiznes subyektlərini və hüquq icmasını narahat edən məsələləritoplayaraq aidiyyəti dövlət qurumlarına təqdim etməyihədəfləyirik”.

O vurğulayıb ki, bütün akademik standartlara cavab verən, lakinoxunaqlı və elmi-populyar formatda hazırlanan "Legis" jurnalı daərsəyə gətirilib:

“Jurnal min nüsxədən artıq tirajla çap olunub və bu gün sizətəqdim edilir. Ümid edirik ki, bu nəşr gələcək illərdə də davamlışəkildə işıq üzü görəcək. Jurnalda dəyərli hüquqşünasların vəalimlərin məqalələri, müsahibələri, eləcə də "Legis 2025"çərçivəsində müzakirə olunan əsas mövzular əks olunub.

Gənc hüquqşünasların motivasiyası bizim üçün hər zaman prioritetməsələ olub. Bu məqsədlə beynəlxalq akademik və hüquqi yazıstandartlarına uyğun, şəffaf və ədalətli meyarlarla təşkil olunanesse müsabiqəsi elan etdik. Seçim prosesi zamanı yüksək analitikdüşüncəyə malik, dərin məzmunlu və keyfiyyətli yazılarlaqarşılaşdıq. Bu gün həmin müsabiqənin qaliblərinimükafatlandıracağıq”.

A.Qasımova qeyd edib ki, müsabiqə qaliblərindən birininməqaləsinin "Legis" jurnalında dərc olunması xüsusi dəyərdaşıyır.

""Bilik paylaşıldıqca artır" prinsipini əsas tutaraq mentorluqproqramını da həyata keçirmişik. Hazırda bu proqram çərçivəsindədoqquz iştirakçı fəaliyyət göstərir. Bu iştirakçılar qrup daxilindətəcrübəli mentorların rəhbərliyi ilə xüsusi inkişaf proqramlarındankeçiblər. Gələcəkdə bu platformanı daha da genişləndirməyi,kənardan yeni mentorlar və təcrübəli mütəxəssisləri cəlb etməyiplanlaşdırırıq. Biz bu nöqtədə dayanmaq niyyətində deyilik. 2026-cıildə yeni layihələrimizi genişləndirməyi, əməkdaşlıqlarımızızənginləşdirməyi və hüquq icmasına daha geniş dəstək verməyiqarşıya məqsəd qoymuşuq. Bu təşəbbüslərin reallaşmasında bizəstrateji dəstək göstərən bütün tərəfdaşlara, xüsusilə rəhbərliksəviyyəsində etimad və baxış dəstəyi verən qurumlara dərintəşəkkürümü bildirirəm. Bu dəstək təkcə resurs deyil, həm də inamvə uzunmüddətli baxış deməkdir ki, bu da bizim üçün son dərəcəönəmlidir”.

Məqalədə:
Seçilən
58
3
az.trend.az

4Mənbələr