Mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi zərurəti var.
Bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.
Onun sözlərinə görə, ixtisaslı hüquqşünaslara ehtiyac var:
"Hüquqi baza adi yanaşmalarla həyata keçirilə bilmir. Müəyyən çətinliklər var. Bu səbəbdən ixtisaslı hüquqşünasların olması bunun üçün önəmlidir".