AZ

Şri-Lankada minlərlə məktəbdə müəllim çatışmazlığı var

Bakı, 5 fevral, AZƏRTAC

Şri-Lankanın 3 mindən çox məktəbinin hər birində 10-dan az müəllim fəaliyyət göstərir, 4 mindən çox məktəbdə isə müəllim sayı 10–25 arasında dəyişir.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkə üzrə rəsmi statistika aparılıb. Bildirilib ki, əksər məktəblərdə müəllim heyəti azdır. Ölkədə dövlət məktəblərində təxminən 3,82 milyon şagird oxuyur.

Məlumatlara görə, məktəblərdə şagird sayında da böyük fərqlər var: 1 576 məktəbdə 50-dən az şagird təhsil alır, 36 məktəbin isə hər biri 4 mindən çox şagirdi qəbul edir.

Hökumət mövcud boş yerləri doldurmaq üçün məzunları milli və əyalət məktəblərində müəllim xidmətinə dəvət edib.

 

Seçilən
25
1
azertag.az

2Mənbələr