AZ

Küləkli hava ölümə səbəb oldu



Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə TƏBİB-in məlumatında deyilir.

Bildirilir ki, fevralın 4-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

Çağırışçılardan biri -47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bir nəfər isə Təcili Yardım gələnədək dünyasını dəyişib.

ZÜMRÜD

Seçilən
55
48
baki-xeber.com

10Mənbələr