Bakı. Trend:
PAŞA Bank və Deloitte Private tərəfdaşlığı ilə həyata keçirilən“Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsininikinci mərhələsinə start verilib.
Müsabiqənin bu mərhələsi iştirakçı şirkətlərin biznespotensialının dərin təhlili, eləcə də idarəetmə və liderliktəcrübələrinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsibaxımından xüsusi əhəmiyyət daşıyır.
İkinci mərhələ çərçivəsində iştirakçı şirkətlər peşəkarmütəxəssislərlə keçirilən işgüzar görüşlər vasitəsilə öz fəaliyyətmodellərini daha ətraflı dəyərləndirmək imkanı əldə edirlər.Görüşlər zamanı xüsusi hazırlanmış suallar əsasında müzakirələraparılır, qabaqcıl beynəlxalq təcrübələr paylaşılır və şirkətlərinstrateji inkişaf perspektivləri hərtərəfli təhlil olunur.
“Best Managed Companies” proqramı iştirakçı şirkətlərə özfəaliyyətlərini beynəlxalq təcrübə ilə müqayisə etmək, idarəetməproseslərini təkmilləşdirmək və uzunmüddətli inkişaf üçün yenistrateji baxış formalaşdırmaq imkanı yaradır. Proqram mükəmməlidarə olunan, rəqabətqabiliyyətli və dayanıqlı biznes modellərinəmalik şirkətlərin tanıdılması üçün nüfuzlu beynəlxalq platformakimi çıxış edir.
Qeyd edək ki, “Best Managed Companies Azerbaijan” müsabiqəsiillik gəliri 20 milyon manatdan yüksək olan və özəl sektordafəaliyyət göstərən qabaqcıl Azərbaycan şirkətlərinin yerli vəbeynəlxalq səviyyədə tanıdılmasına yönəlib. Proqram çərçivəsindəqalib şirkətlər “Best Managed Companies” beynəlxalq şəbəkəsinəqoşularaq dünyanın aparıcı şirkətləri ilə eyni platformada yeralmaq imkanı əldə edirlər.
Layihənin sponsorları PAŞA Bank və Deloitte Private,tərəfdaşları isə Biznesin İnkişafı Fondu, Azərbaycan-AmerikaTicarət Palatası (AmCham Azerbaijan), ADA Universiteti və İctimaiTeleviziyadır.
“Best Managed Companies” mükafat proqramı ilk dəfə 1993-cü ildəKanadada təsis edilib və bu gün dünyanın ən nüfuzlu biznesqiymətləndirmə proqramlarından biri kimi tanınır. Hazırda proqram46 ölkədə, o cümlədən ABŞ, Çin, Avropa ölkələri, Cənub-Şərqi Asiya,Türkiyə, Meksika və Çilidə uğurla həyata keçirilir.
Azərbaycanda proqram 2021-ci ildən etibarən keçirilir. İndiyədəkmüsabiqədə 50-yə yaxın şirkət iştirak edib, 11 şirkət isə “BestManaged Companies Azerbaijan” titulu ilə təltif olunub. Qaliblərsırasında Araz Supermarketlər şəbəkəsi, AVRORA Qrup, AzerconnectGroup, Bridge Group of Companies, Embawood, NORM Sement (iki dəfəqalib), SƏBA, OBA Market, Veysəloğlu Şirkətlər Qrupu (iki ilardıcıl qalib), METAK (dörd il ardıcıl qalib və Qızıl Mükafatlaureatı) və Azərsun Holdinq yer alır.
Bu müsabiqə haqqında daha ətraflı məlumat üçün sayta keçid edin.