AZ

Hazırda cinayət işlərinin elektron qaydada məhkəmələrə göndərilməsi ilə bağlı işlər görülür - Baş prokuror

Bakı.Trend:

Hazırda cinayət işlərinin elektron qaydada məhkəmələrəgöndərilməsi ilə bağlı işlər görülür. Demək olar ki, texnikitərəfdən bu məsələlər həll olunub.

Trend xəbərverir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Bakıdakeçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanıdeyib.

Baş prokuror bildirib ki, qanunvericiliyə əlavə və dəyişiklikləredilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanunlayihəsi hazırlanıb və həmin layihə artıq Milli Məclisdədir:

“Həmin layihədə həmçinin digər rəqəmsal məsələlər, o cümlədənelektron sübutlar, onların götürülməsi, mühafizəsi və s. indiyədəkhüquqi tənzimlənməsi olmayan məsələlər yer alır”.

K.Əliyev qeyd edib ki, prokurorluq orqanlarında süni intellekttexnologiyalarından da istifadə edilməyə başlanılıb.

“Belə ki, artıq ötən ilin sonlarından etibarən süni intellektvasitəsilə daxil olan müraciətlərin aidiyyəti müəyyən edilir vəsənədin baxılması üçün hansı şəxsə göndərilməsi ilə bağlı süniintellekt tərəfindən təklif verilir. Bununla yanaşı cinayətişlərinin istintaqı zamanı köməkçi rolunu oynaya biləcək modelintətbiqi, habelə prokurorluq orqanlarına daxil olan vətəndaşzənglərinin əməkdaşların nəzarəti ilə cavablandırılması kimi süniintellekt texnologiyalarının tətbiqi ilə bağlı işlərgörülməkdədir.

Eyni zamanda açıq şəkildə vurğulamaq lazımdır ki, süni intellektinsanı əvəz etmir və əvəz edə bilməz, əksinə hüquqşünasınqərarvermə prosesini dəstəkləyən, onu daha obyektiv və səmərəliedən bir vasitədir”.

Baş prokuror vurğulayıb ki, süni intellektin tətbiqinin müsbətnəticələri yanaşı, bu sahədəki müəyyən riskləri də nəzərə almaqlazımdır:

“Əsas məsələ bu sahədə, yəni süni intellekt texnologiyalarınıntətbiqi ilə əlaqədar hüquqi tənzimləmənin olmamasıdır. Xüsusən dəməsuliyyət məsələləri ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Hərhansı səhv qərara, məsləhətə və ya hərəkətə görə süni intellektinistehsalçısı yoxsa istifadəçi məsuliyyət daşıyır.

Hesab edirəm ki, süni intellektdən etik dəyərlər çərçivəsində vəməsuliyyətlə istifadəni təmin etmək üçün aydın qaydalar vənormalarla bağlı müvafiq normativ hüquqi baza yaradılmalıdır.

Bir faktı da qeyd etmək lazımdır ki, ölkənin siyasirəhbərliyinin süni intellekt texnologiyalarının inkişafı ilə bağlımüsahibələrində bildirdiyi dəyərli fikirləri, o cümlədən AzərbaycanRespublikası Prezidenti tərəfindən 19 mart 2025-ci il tarixdə“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellektStrategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanmasıdövlət səviyyəsində bu məsələyə necə əhəmiyyət verilməsinigöstərir.

Həmin Strategiyanın məqsədlərindən biri də ölkəqanunvericiliyində süni intellektin əsaslarının və normalarınınişlənilməsi və süni intellektdən istifadə üçün etik prinsiplər vəqaydaların formalaşdırılması kimi müəyyən edilib”.

O vurğulayıb ki, gələcək üçün əsas risklərdən biri insanlarınsüni intellektə həddindən artıq etibar etməsi və ondan asılıvəziyyətə düşməsidir. Bu asılılıq fərdlərin müstəqil düşünmə,analitik təhlil və qərarvermə bacarıqlarının zəifləməsinə səbəbola, xüsusilə gənclər arasında intellektual passivliyi təşviq edəbilər:

“Nəticədə insan faktoru arxa plana keçərək texnoloji sistemlərinhəddindən artıq üstünlüyü formalaşa bilər. Ona görə də hüquqitənzimlənmə vasitəsilə bu balansı qorumaq lazımdır. Ola bilər ki,süni intellektin tətbiqinin qadağan edildiyi sahələrmüəyyənləşdirilsin. Məsələn, bəzi ölkələrdə ali təhsilmüəssisələrində süni intellektdən istifadəyə məhdudiyyətlər müəyyənedilib”.

Məqalədə:
Seçilən
77
4
az.trend.az

5Mənbələr