AZ

Lars məntəqəsindən keçmək üçün 1600 yük maşını yolun açılmasını gözləyir

1600-dən çox ağır tonnajlı yük maşını Rusiyadan Gürcüstana getmək üçün Gürcüstan Hərbi Yolunda gözləyir.

Herbiand.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzin məlumatında deyilir.

Pis hava şəraiti səbəbindən Gürcüstan Hərbi Yolunda ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti 2 fevraldan etibarən qadağan edilib. Gürcüstan Hərbi Yolu Vladikavkazdan Tbilisiyə qədər Baş Qafqaz silsiləsi boyunca uzanır və Rusiyanı Zaqafqaziya ilə birləşdirir. Kazbegi-Verxniy Lars keçid məntəqəsi Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə məntəqədir. Rusiya tərəfində magistral yol Şimali Osetiyadan keçir. Qışda əlverişsiz hava şəraiti səbəbindən yol tez-tez bağlanır.

Xatırladaq ki, Rusiyadan Ermənistana yük daşıyan avtomobillər də bu yoldan istifadə edir.

Seçilən
21
2
herbiand.az

3Mənbələr