Aktual.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
"Ümid edirik ki, ABŞ və onun həmfikir tərəfdaşları müdriklik göstərəcək və daha konstruktiv davranacaqlar. Hər hansı bir hərbi həll yolu qəbuledilməzdir, təhlükəlidir və regional nəticələrə səbəb ola bilər. İran məsələsində, o cümlədən nüvə proqramı ilə bağlı ziddiyyətləri həll etməyin yeganə mümkün yolu beynəlxalq hüquqa hörmətlə yanaşı, bərabər və qarşılıqlı hörmət əsasında siyasi və diplomatik həll yoludur. Bütün tərəfləri məhz bu yanaşmanı seçməyə çağırırıq və dialoqu mümkün olan hər şəkildə asanlaşdırmağa hazırıq”, - o bildirib.