AZ

Vens: “ABŞ Rusiya və Çinlə işləyəcək”

“ABŞ dünyada nüvə silahlarının sayını azaltmaq üçün Rusiya, Çin və digər ölkələrlə işləyəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vena amerikalı jurnalist Megyn Kelly ilə müsahibəsində bildirib. Vens deyib: 

"Biz istər dost, istərsə də rəqib olsunlar, Çin, Rusiya və digər ölkələrlə birlikdə dünyada nüvə silahlarının sayını azaltmaq üçün çalışacağıq”.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin xoşməramlı bir jest olaraq “Strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında” Müqavilənin (START) əsas kəmiyyət limitlərini müddəti bitdikdən sonra daha bir il uzatmağı təklif etmişdi. 

Fevralın 4-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva hələ Vaşinqtondan müqavilənin limitlərini uzatmaq təklifinə cavab almayıb.

START Müqaviləsi (Yeni START kimi də tanınır) 2010-cu ildə imzalanıb. Sənəd Rusiya və ABŞ-nin sahib ola biləcəyi qitələrarası ballistik raketlərin və bəzi digər raketlərin, eləcə də nüvə başlıqlarının sayını məhdudlaşdırır. Müqavilənin müddəti fevralın 5-də bitir.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr