AZ

Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib » AzadMedia.az


Bakıda "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" başlayıb.

İki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.

Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb.

"Gənclər Həftəsi"ndə gənclərin nümayəndələri ilə yanaşı, dövlət strukturlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirlər, həmçinin beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edir.
Seçilən
19
3
azadmedia.az

4Mənbələr