Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivində qaz xəttində aşkarlanan nasazlıqların aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılır.
NOCOMMENT.az xəbər verir ki, 76 mm diametrli qaz xəttində aparılacaq bərpa tədbirləri ilə əlaqədar bu gün saat 12:00-dan etibarən ərazidə yerləşən 1000 abonentin qaz təminatı müvəqqəti məhdudlaşdırılacaq.
Məlumata görə, işlər yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.