Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Çağdaş Atan 2025-ci ilin noyabr ayında "Konyaspor"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. "Ağ-yaşıllar" Super Liqada 20 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta