Bakı, 5 fevral, AZƏRTAC
Pakistanın Pəncab əyalətində iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 31 nəfər isə yaralanıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis açıqlama verib. Bildirilib ki, qəza zamanı yaralananlar arasında uşaqlar da var. Yaralılardan üçünün vəziyyəti kritikdir.
Hadisənin səbəbləri araşdırılır.