AZ

ABŞ-nin vitse-prezidenti Qış Olimpiya Oyunlarının açılışından sonra Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Milanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, İtaliyadan sonra Vens Ermənistan və Azərbaycana səfər edəcək və ABŞ Prezidenti Donald Tramp ona iki ölkə arasında 40 illik münaqişəyə son qoymaq məqsədi daşıyan sazişin hazırlanmasını tapşırıb.

ABŞ vitse-prezidentinin Ermənistan və Azərbaycana gələcəyi tarix dəqiqləşdirilməyib.

Qeyd edək ki, İtaliyanın Milan şəhərində Qış Olimpiya Oyunlarının açılışı fevralın 6-da baş tutacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr