AZ

“Qarabağ”a dəstək verən Nyukasl azarkeşi diqqət mərkəzində VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Əslən İngiltərənin Nyukasl şəhərindən olan qadın azarkeşin azərbaycanlı fanatlarla təsadüfən həmsöhbət olması internet məkanında maraqla qarşılanıb.

İdman.Biz xəbər verir ki, Keti adlı qadın Liverpul şəhərinə “Qarabağ”a azarkeşlik etmək üçün gəldiyini söyləyib.

O qeyd edib ki, Azərbaycanın paytaxtı Bakıda yaşayır və dilimizi bir qədər bilir.

“Bakı çox gözəldir, mən Bakını sevirəm” - deyə Keti adlı azarkeş vurğulayıb.

Məlumat üçün əlavə edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Qarabağ” səfərdə “Liverpul”a 6:0 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb. Püşkatma nəticəsində “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi digər İngiltərə klubu – “Nyukasl” olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr