AZ

Sürücü dedi, sənin oğlunam, ürəyim düşdü, dedim, biabır oldum” “Bəxt üzüyü”nün Moşusu ilə MÜSAHİBƏ

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“5-6 il bundan əvvəl AZTV-dən çıxmışdım, evə gedirdim. Oğluma demişdim ki, gəlib məni götürsün, onu gözləyirdim. Hava da soyuq idi. Gördüm, bir maşın dayandı. Bir oğlan boylanıb dedi, Valeh müəllim, əyləşin. Dedim, sağ olun, uşaq gəlib götürəcək məni. Dedi, yox, əyləşin. Oturdum maşına. Dedi, məni tanımadız? Dedim, yox. Dedi, mən sizin oğlunuzam”. Bizim.Media xəbər verir ki, bu fikirləri Xalq artisti Valeh Kərimov “lent.az”a müsahibəsində deyib.“Həmin vaxt da Xoşqədəm Hidayətqızının verilişləri olurdu, kimlərisə axtarıb tapırdı. Ürəyim düşdü. Dedim, necə yəni? Dedi, sizin oğlunuzam. Dedim, vəssalam, öldüm də. Biabır oldum. Dedim, yaxşı, sən Allah, saxla maşını, mən düşürəm. Dedi, yox, deyəcəm necə olub. Belə deyəndə lap ürəyim düşdü. Gördü pis oluram, dedi, "Pəncərə"də mən sizin oğlunuz olmuşam. Dedim, öldürdün məni, a kişi...” – deyə Xalq artisti bildirib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
bizim.media

5Mənbələr