Bu barədə “halvaçılar”ın baş məşqçisi Elvin Həsənov “Football-plus.az”a açıqlama verdi:
“Futbolçularla anlaşa bilmədik, ayrılıq buna görə oldu. Büdcə azaldılıb. Gənclərə üstünlük verəcəm, həddən artıq gənclərə. Çalışacam millinin aşağı yaş komandalarında oynayan futbolçular da olsun. O gənclərlə yerdə qalan 6-7 futbolçunun vəhdətin yaratmaq istəyirik. Hələ gənclərlə anlaşa bilməmişik. Kəskin şəkildə deyirəm ki, klub Şəkiyə köçsə, mən orda olmayacam. O, gələn mövsümün söhbətidi. Bu həftə də məşqlərə başlamalıyıq, hələ ki başlamamışıq”.
MÜZƏFFƏR QULUZADƏ