AZ

Yer kürəsində planetar miqyaslı maqnit qasırğalarıBAŞLADI

Yer kürəsində planetar miqyaslı maqnit qasırğaları qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda maqnit qasırğalarının səviyyəsi G1 (zəif qasırğalar) dərəcəsindədir. Lakin gün ərzində aktivliyin artaraq G2–G3 səviyyəsinə çatması mümkündür.

Məlumata görə, hazırda Kanadada və ABŞ-ın şimal ştatları üzərində güclü qütb parıltıları müşahidə olunur. Qütb parıltılarının intensivliyi artıq maksimal onuncu səviyyəyə çatıb.

Alimlər qeyd ediblər ki, Rusiyanın ərazisində vəziyyət təxminən on saat sonra aydınlaşacaq. Bu, gün və gecə sərhədinin ölkənin Avropa hissəsinə doğru hərəkət etdiyi vaxt baş verəcək.

Nuriyyə NATİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr