Yanvarda avrozonada inflyasiya gözlənildiyi kimi 1,7 faiz həddinə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi Avrostat məlumat yayıb.
İnflyasiyanın azalması enerji daşıyıcılarının ucuzlaşması ilə izah edilir. Bununla belə, ekspertlər tendensiyanın davamlı olması üçün Avropa Mərkəzi Bankının yaxın aylarda uçot dərəcələrini dəyişməyəcəyi qənaətindədirlər.
Avropa Mərkəzi Bankının hədəfi 2026-2027-ci illərdə vahid valyuta məkanında inflyasiyanı 2 faiz həddində saxlamaqdır.