Amerika mühəndislik və konsaltinq şirkəti AECOM-dan olan bir qrup ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP layihəsi üçün ərazi araşdırmalarına başlamaq məqsədilə Ermənistana səfər edib.
“Cebheinfo.az” xəbr verir ki, məlumatı ABŞ-nin Ermənistandakı səfirliyi yayıb.
“Bu araşdırmalara Ermənistanın uzunmüddətli iqtisadi artımına, nəqliyyat infrastrukturunun inkişafına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolu və digər infrastrukturun tikintisi üçün texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanması daxil olacaq”,-deyə məlumata bildirilir.