AZ

“Heydər Əliyev prospekti 7” ünvanı üzrə ərazi partiya təşkilatının hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının “Heydər Əliyev prospekti 7” ünvanı üzrə (Sumqayıt Tibb Mərkəzi PHŞ) ərazi partiya təşkilatının hesabat yığıncağı keçirilib.

“İki sahil” xəbər verir ki, Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Tibb Mərkəzi PHŞ -nin direktoru Elnur Azadxanov, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçiləri Arifə Abdullayeva və Emin Əliyev, eləcə də partiya üzvləri iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov iştirakçıları salamlayaraq tədbirin gündəliyi və təşkilati məsələlər barədə ətraflı məlumat verib. O, çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi əsasında yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında aparıcı və həlledici rol oynayan güclü siyasi təşkilata çevrilib. Vurğulanıb ki, YAP dövlətçilik maraqlarına xidmət edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən ümumxalq partiyasıdır.

Daha sonra ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məruzə dinlənilib. Bildirilib ki, ötən dövr ərzində təşkilat tərəfindən partiyanın proqram və məqsədlərinə uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilib, üzvlərin fəallığının artırılması istiqamətində mühüm işlər görülüb. Hesabat yığıncağı iştirakçıları tərəfindən görülən işlər qənaətbəxş qiymətləndirilib.

Yığıncaqda təşkilati məsələlərə baxılıb. Təkliflərə əsasən İlkin Namazovun ərazi partiya təşkilatının sədri, Natiq İsmayılovun isə sədr müavini vəzifələrinə namizədliyi irəli sürülüb. Aparılan səsvermə nəticəsində hər iki namizəd yekdilliklə müvafiq vəzifələrə seçilib.

Yeni seçilmiş ərazi partiya təşkilatının sədri İlkin Namazov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib, qarşıdakı dövrdə partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərin sıx birliyinin təmin olunması və YAP-ın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Seçilən
16
ikisahil.az

1Mənbələr