Qol.az saytına istinadən ain.az xəbər verir.
Ronaldo 41 yaşında
Bu gün Portuqaliya millisinin və "Əl-Nəsr"in üzvü Kriştiano Ronaldonun doğum günündür.
QOL.az xəbər verir ki, ulduz futbolçunun 41 yaşı tamam olur.
Karyerası ərzində Ronaldo “Sportinq”, “Mançester Yunayted”, Madrid “Real”ı, “Yuventus”da da çıxış edib. O, ən çox oyunu "Real"da keçirib — bütün turnirlərdə 438 matç, 450 qol və 131 məhsuldar ötürmə.
41 yaşlı futbolçu 5 dəfə “Qızıl top”u, həmçinin 5 dəfə Çempionlar Liqasını qazanıb. 2016-cı ildə isə kapitanı olduğu Portuqaliya millisi ilə Avropa çempionu olub.
Hazırda futbolçunun karyerasında vurduğu qolların sayı 961-dir. Onlardan 818-ni klub səviyyəsində, 143-nü isə Portuqaliya milli komandasının heyətində vurub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.