AZ

30 ildir bu dərmanı qəbul edirəm Tramp sağlamlığından danışdı

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp həkimlərin tövsiyələrinə baxmayaraq, yüksək dozada aspirin qəbul etməkdən imtina etmək niyyətində olmadığını bildirib.

"Unikal" xəbər verir ki, o bunu Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. 

"30 ildir aspirin qəbul edirəm və heç nəyi dəyişdirmək istəmirəm", - deyə o bildirib.

Trampın sözlərinə görə, həkimlər ona bu dərmanı çox qəbul etməməyi tövsiyə edib.

"Onlar mənə deyir ki,  "Az qəbul edin", amma mən qəbul edirəm". 

"The Wall Street Journal" qəzeti yazmışdı ki, 80 yaşlı Tramp qocalmanın fiziki əlamətlərini və mümkün xəstəlikləri gizlətməyə çalışır.  ABŞ prezidenti özü də nəşrə verdiyi müsahibədə 25 ildir ki, həkimlərinin qanını durulaşdırmaq üçün tövsiyə etdiyindən daha çox aspirin qəbul etdiyini və vaxtaşırı həkimlərin məsləhətlərini qulaqardına vuraraq "yaxşı genetikaya" güvəndiyini bildirmişdi.

Gülayə Mecid 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
unikal.az

2Mənbələr