AZ

Nigar Köçərli “Liv Bona Dea” da başına gətirilənlərdən danışdı – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, “Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtda yerləşən “Liv Bona Dea” xəstəxanasını məhkəməyə verəcəyini açıqlayıb. Xəstəxanadan verilən məlumatda isə bildirilib ki, Nigar Köçərli “Liv Bona Dea Hospital” barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb. Qeyd edilib ki, xəstəxana tərəfindən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Nigar Köçərli sosial şəbəkə hesabından xəstəxanada baş verənlər barədə təfərrüatlı açıqlama yayaraq, başına gətirilənləri yazıb.

Paylaşımı olduğu kimi təqdim edirik:

“Bu yazını heç zaman yazmaq istəməzdim. Amma sussam, özümü heç vaxt bağışlamayacağam.

Cəhənnəm quyusundayam… Keçirdiyim şokdan sonra nə vaxt toparlana biləcəyimi hələ də bilmirəm.

Yanvarın 14-də, səhər saat 7-də Liv Bona Dea xəstəxanasına planlı açıq ginekoloji əməliyyat üçün gəldik. Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.

Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, – dedim.

Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım.

Sonra yenə yalvardım: “Xahiş edirəm, əlavə anesteziya edin”. Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər, dedim: “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”. Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. “Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin”, – deyə əlavə etdim.

Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. “Təbii ki, xahiş edirəm, edin”, – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz amma heç olmasa dodaqlarımı islada bilərdilər…”

Sara

Seçilən
33
1
nocomment.az

10Mənbələr