GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp daha bir jurnalistlə mübahisə edib.
Globalinfo.az xəbər verir ki, bu dəfə “NBC”nin müxbiri Ağ Ev rəhbərini qəzəbləndirib.
Belə ki, Donald Trampdan “ABŞ prezidenti olmaq üçün çox yaşlı deyilsiniz?” sualına belə cavab verib:
“Yaşımın Ağ Evdəki fəaliyyətimə nə vaxt mane olacağını anlamaq üçün heç bir kənar köməyə ehtiyacım yoxdur. Bunu özüm həll edəcəyəm. Məsələn, sizə müsahibə verməyi düşünmürəm”.
Qeyd edək ki, bundan əvvəl mediada Donald Trampın qocalmanın fiziki əlamətlərini və mümkün xəstəlikləri gizlətməyə çalışdığı, qollarındakı göyərmələri örtmək üçün makiyajdan istifadə etdiyi yazılmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.