Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakının Yasamal rayonu ərazisində dünən yanğın hadisəsi qeydə alınıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, yanğın "Təzə Pir" məscidinin yaxınlığında yerləşən Tolstoy küçəsi 5 ünvanındakı fərdi yaşayış evində baş verib.
Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürmə maşını cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.