AZ

Bizon Azərbaycan Kuboku: Turan Tovuz Kəpəz i qonaq edir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, stadion problemi səbəbindən müvəqqəti olaraq ev oyunlarını "Azersun Arena"da keçirən "Turan Tovuz" "Kəpəz"i qonaq edir.

Nominal meydan sahibləri əvvəlki mərhələdə I Liqada mübarizə aparan "Şahdağ Qusar"ı, qonaqlar isə "Araz-naxçıvan"ı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu raunddun cavab oyunları gələn ay, daha dəqiq desək, martın 3-ü və 4-ü tarixlərində keçiriləcək.

Bizon Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyun

19:00. "Turan Tovuz" - "Kəpəz"

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin BayramovVAR: Rəvan HəmzəzadəAVAR: Teymur TeymurovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Zaur Hacı-MəhərrəmovBakı. "Azersun Arena". 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
sport24.az

1Mənbələr