Yazını böyüt
Yazını kiçilt
Moda sənayesində istehlakçı davranışının təhlili üzrə ixtisaslaşmış "Lyst" platformasının ekspertləri 2025-ci ilin son rübü ərzində dünyanın ən populyar moda brendini açıqlayıblar. Bu barədə məlumat eyniadlı saytda dərc olunub.
Hafta.az xəbər verir ki, reytinqə yenidən fransız brendi "Saint Laurent" başçılıq edib.
İkinci və üçüncü yerlərdə əvvəlki kimi "Miu Miu" və "COS" qərarlaşıb. Öz növbəsində "Ralph Lauren" beş pillə irəliləyərək dördüncü yerə yüksəlib, ilk beşliyi isə "Prada" tamamlayıb.
Həmçinin "Coach", "The Row", "Burberry", "Gucci" və "Moncler" brendləri də ilk onluğa düşüblər.