AZ

Qarabağ ın rəqibi kubokdan antirekordla uçdu

Fanat saytına istinadən ain.az xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Nyukasl" İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb. 

Fanat.Az xəbər verir ki, yarımfinalın ilk oyununda "Mançester Siti"yə 0:2 hesabı ilə uduzan "sağsağanlar" ötən gecə baş tutan səfər qarşılaşmasında da iki top fərqi (1:3) ilə məğlub olaraq mübarizəni dayandırıblar. 

Beləliklə, "Nyukasl" bütün yarışlarda "Siti"yə qarşı ardıcıl 12 səfər oyununda uduzublar. "Opta"nın məlumatına görə, bu, "Nyukasl"ın tarixində eyni rəqibə qarşı ən uzun səfər məğlubiyyət seriyasıdır. 

Eddi Haunun baş məşqçisi olduğu komanda şənbə günü Premyer Liqada "Brentford"la qarşılaşacaq. Komanda hazırda turnir cədvəlində 11-ci yerdədir. 

"Qarabağ"ın "Nyukasl"la ilk görüşü 18 fevralda Bakıda baş tutacaq. 

"Mançester Siti" Liqa Kubokunun finalında "Arsenal"la qarşılaşacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr