Son iki gündə güclü küləyin Bakıda sındırdığı ağacların sayı açıqlandı - FOTO
İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb. Bu barədə 1news.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.