AZ

İran və ABŞ arasındakı danışıqların yeri və tarixi bəlli oldu

ABŞ Prezidenti Trampın hədə-qorxu dolu bəyanatlarından dərhal sonra İran tərəfi danışıqlar masasının hələ də qüvvədə olduğunu açıqlayıb. İranın Xarici İşlər naziri Abbas Arakçi görüşün bu həftənin cümə günü Ummanın paytaxtı Maskat şəhərində keçiriləcəyini elan edib.

Milli.Az xəbər verir ki, İranın Xarici İşlər naziri Abbas Arakçi sosial media hesabında (X) paylaşım edərək bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır. O, bütün təşkilati işləri üzərinə götürən Umman dövlətinə minnətdarlığını bildirib.

İranın bu bəyanatına rəğmən, "Axios" xəbər platforması ABŞ rəsmilərinə istinadən fərqli məlumat yayıb. İddia olunur ki, İran görüşün İstanbul yerinə Maskatda və yalnız ikitərəfli formatda keçirilməsini tələb etdiyi üçün Vaşinqton bu təklifi rədd edib və görüş ləğv olunub. İranlı diplomatik mənbələr də təmasların pisləşdiyini və görüşün baş tutmaya biləcəyini qeyd ediblər.

İranın "Təsnim" agentliyinə danışan rəsmi şəxs bildirib ki, problem görüşün yerində deyil, amerikalıların İsrailin təsiri ilə daim mövqe dəyişməsindədir. İran tərəfi qəti şəkildə bildirib ki, nüvə proqramından başqa heç bir mövzunu (regional gərginlik, raket proqramı və s.) müzakirə etməyəcəklər.

Bu danışıqlar xəbəri, ABŞ-nin Umman dənizində İran PUA-sını vurmasından və Trampın İranın ali lideri Xameneiyə qarşı sərt mesajlarından sonra gəldiyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
2
olaylar.az

10Mənbələr